Müdafiə Sənayesi Nazirliyi ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb

İyulun 23-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin aeronavtika və kosmonavtika sahəsi üzrə ixtisaslaşmış “Turkish Aerospace” şirkətinin baş direktoru Təməl Kotilin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
 
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, görüşdə Yəhya ­Musayev Azərbaycan ilə qardaş Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib, Türkiyənin müvafiq qurumları ilə bu sahədə mövcud əməkdaşlıq əlaqələrindən danışıb. 
Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair geniş müzakirələr aparılıb.
Nümayəndə heyətinin başçısı Təməl Kotil səmimi görüşə görə minnətdarlığını bildirib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında