FHN işçiləri həmkarlar ittifaqının komitə sədrləri Naxçıvan şəhərinin görməli yerləri ilə tanış olublar

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının komitə sədrlərinin bir qrupunun Naxçıvan şəhərinin tarixi yerlərinə, muzeylərinə tanışlıq səfəri təşkil edilib. 
 
FHN-dən bildiriblər ki, nazirlik işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Mehman İsmayılov və FHN-in Aparatında, regional mərkəzlərində və qurumlarında fəaliyyət göstərən komitələrin sədrləri əvvəlcə “Əcəmi” seyrəngahına gələrək ümummilli lider Heydər Əliyevin büstünü, ulu öndərin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Muzeylə tanışlıq zamanı iştirakçılara ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib, muzeyin yaranma tarixindən danışılıb. Ulu öndərlə bağlı xatirə və məlumatları, eksponantları özündə əks etdirən muzeylə yaxından tanışlıq qonaqlarda zəngin təəssürat yaradıb. 
Sonra Naxçıvan Dövlət Tarix Muzeyi və Naxçıvan Xalça Muzeyi ilə tanış olan iştirakçılar buradakı nadir eksponatlara böyük maraqla baxıblar. 
Səfər proqramı çərçivəsində qonaqlar “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, “Naxçıvanqala” Tarixi Memarlıq Kompleksi və "Xan Sarayı" Dövlət Tarix-Memarlıq və Açıq Səma Altında Muzey Kompleksi ilə də yaxından tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar.
AZƏRTAC
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında