Müdafiə Nazirliyi: David Tonoyanın bəyanatı Ermənistan əhalisini ruhlandırmağa xidmət edir

Ermənistan ordusundakı son korrupsiya qalmaqalı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükünün başa çatdırılması barədə bəyanatı bu ölkə əhalisinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil.
 
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bir müddət əvvəl Ermənistan tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistana tədarükündə ciddi problemlərin olduğunu bildirib. Lakin, qısa müddət keçdikdən sonra Ermənistanın müdafiə naziri David Tonoyan əvvəl deyilənlərə zidd olaraq, vicdan əzabı çəkmədən həyasızcasına bütün aləmə car çəkir ki, guya Rusiya Ermənistana silah tədarükünü tam başa çatdırıb. Ermənistana çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə silahlanmasına verilməyən silahların olması barədə Tonoyanın dediklərinə gəldikdə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil. Ermənistan tərəfinin mütəmadi olaraq bu cür məlumatlar yayması ordudakı son korrupsiya qalmaqalı fonunda ölkə əhalisinin süni şəkildə ruhlandırılması məqsədilə daxili auditoriyaya hesablanıb.
“Müdafiə naziri kimi, D.Tonoyan bilməli idi ki, Rusiya öz Silahlı Qüvvələrini hər hansı silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir. Şübhəsiz ki, Ermənistanın müdafiə nazirinin fəxrlə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Səbəb isə sadədir: həmin silahlar artıq köhnəlib və istifadəyə yararsızdır”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında