Pentaqon Trampın Putini Vaşinqtona dəvət etmək niyyətini dəstəkləyib

ABŞ müdafiə nazirinin müavini Con Rud Rusiya Prezidenti Vladimir Putinin Ağ evə planlaşdırılan səfərinin yaxşı ideya olduğunu bildirib.
 
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın CNN telekanalı məlumat yayıb.
C.Rudun fikrincə, iki lider arasında fikir mübadiləsi və səmimi diskussiyanın aparılmasına zərurət var.   
ABŞ müdafiə nazirinin müavini xatırladıb ki, iki ölkə arasında münasibətlər normal olduğu dövrdə V.Putin  mütəmadi  olaraq ABŞ prezidentləri ilə görüşüb. Con Rud həmçinin Rusiyanın dünyada mühüm oyunçu olduğunu xatırladıb.
Qeyd edək ki, Helsinkidə bir neçə gün əvvəl təşkil olunmuş Putin-Tramp görüşündən sonra Amerika tərəfi Rusiya prezidentini payızda Vaşinqtona səfər etməyə və ABŞ prezidenti ilə növbəti görüş keçirməyə dəvət edib.    

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında