Söz və fikir azadlığı həm də böyük məsuliyyətdir

Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi ölkənin kütləvi informasiya vasitələrində çalışan bir qrup jurnalisti 22 İyul Milli Mətbuat Günü münasibətilə “dəyirmi masa” ətrafına topladı. 
 
Tədbiri jurnalistləri səmimi təbriklə açan icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Azərbaycan mətbuatının keçdiyi 143 illik uzun və şərəfli yoldan danışdı. Qeyd edildi ki, Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrindən başlayan Azərbaycan milli mətbuatı müxtəlif tarixi mərhələlərdə çox zəngin ənənələr yaradıb.  Müxtəlif ictimai- siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı kimi çıxış edib. Xalqımızın müstəqillik mücadiləsində daim ön mövqelərdə olub, milli mənafeyimizin müdafiəçisi, azadlıq və istiqlalımızın carçısı missiyasını şərəflə daşıyıb.
J.Abdıyeva vurğuladı ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatımızın demokratik prinsiplər əsasında azad və müstəqil fəaliyyətinin təmin edilməsində ilk dövrlər müəyyən problemlər yaranmışdı. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində çox ciddi və vacib addımlar atıldı. Ulu öndərin dönməz iradəsi sayəsində azad sözün inkişafına ciddi mane olan senzura ləğv edildi, Azərbaycan Konstitusiyasında mətbuat azadlığı təsbit olundu, müstəqil mətbuatın inkişafına əngəl olan bir çox maneələr aradan qaldırıldı.  
Fikir mübadiləsi zamanı xüsusi vurğulandı ki,  ulu öndərin dövlət müstəqilliyinin inkişaf strategiyasının bütün istiqamətləri kimi, onun azad mətbuatın inkişafına yönələn siyasi xətti də bu gün Prezident İlham Əliyev tərəfindən daha geniş tədbirlər və siyasi qərarlarla davam etdirilir. Dövlət başçısının fəaliyyətə başladığı ilk dövrlərdən qəzetlərin nəşriyyata olan borcları ləğv edildi, müstəqil nəşrlərin inkişafı məqsədilə onlara dövlət büdcəsi hesabına maliyyə dəstəyi göstərildi, mətbuatın yeni inkişaf istiqamətləri müəyyənləşdirildi, jurnalistlərə sosial qayğı gücləndirildi və ən əsası, kütləvi informasiya vasitələrində obyektivliyin təmin edilməsi məqsədilə qanunvericilik bazası möhkəmləndirildi. 
Tədbirdə ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin olunmasını qeyd etməklə yanaşı, Xətai rayonunda da media qurumları ilə işin peşəkar səviyyədə qurulduğu xüsusi vurğulandı. Qeyd edildi ki, artıq media nümayəndələri rayon ərazisində görülən işlər barədə məlumatları rayonun internet saytından, sosial şəbəkələrdəki səhifələrindən operativ şəkildə əldə edə bilirlər. Bu da məlumatların obyektiv və peşəkar səviyyədə hazırlanmasında, informasiya mübadiləsinin operativliyinin təmin olunmasında öz müsbət rolunu oynayır.
Tədbirdə qeyd edildi ki, media təmsilçiləri ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, maddi - mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Görüşdə bir fikir xüsusi vurğulandı ki, indiki vaxtda mətbuatda söz və fikir azadlığı həm də böyük məsuliyyətdir.  
Sonda bir qrup jurnalist Xətai rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə operativ, obyektiv və qərəzsiz çatdırılmasında göstərdikləri xidmətlərə görə rayon icra hakimiyyətinin  fəxri fərmanı ilə təltif edildi.  
İlqar RÜSTƏMOV,
 “Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında