UNEC türk dilində tədrisdə yeni model tətbiq edəcək

Azərbaycanda Anadolu türkcəsində ali təhsil verən yeganə universitet olan UNEC türk dilində tədrisdə yeni standartlar tətbiq edəcək.
 
Bu məqsədlə UNEC ilə Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. UNEC-in rektoru, professor Ədalət Muradov və Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazganın imzaladığı sənəddə türk dilində tədrisin təkmilləşdirilməsi və türkdilli iqtisadçı kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən, yeni tədris ilindən UNEC-də türk dilində tədris proqramları universitetin digər fakültələrində olduğu kimi, Avropa Kredit Transfer Sisteminə uyğun aparılacaq. Bu, tələbələrin mobilliyini təmin etməklə yanaşı, təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdıracaq. Türk Dünyası İşlətmə fakültəsi isə “Türk Dünyası İqtisad Fakültəsi” adlandırılacaq. Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazgan fakültənin fəxri dekanı hesab ediləcək. 
UNEC-də tələbələrin türk dilində fənləri daha yaxşı mənimsəməsi üçün Yunus Əmrə İnstitutu tərəfindən Anadolu türkcəsində hazırlıq dərsləri təşkil olunacaq. Tədrisə türk dilini mükəmməl bilən, fənnə uyğun ixtisas və təcrübəyə sahib olan müəllimlər cəlb olunacaq. 
UNEC-ə türk dilində “maliyyə”, “iqtisadiyyat” və “biznesin idarə edilməsi” ixtisasları üzrə tələbə qəbulu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçiriləcək. Türkiyə vətəndaşları üçün UNEC-də ali təhsilin əlçatan olması məqsədilə onların təhsil haqları azərbaycanlı tələbələrlə eyni olacaq. 
Məzunlara UNEC-in diplomu ilə yanaşı, Türk Dünyası Araşdırmaları Vəqfinin məzun sənədi də veriləcək. 
Elnarə Ömərova
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında