Aparıcı avtomobil şirkətləri haker hücumuna məruz qalıblar

Son zamanlar elektrik mühərriki ilə çalışan yeni nəsil avtomobillərlə daim gündəmə gələn “Tesla” şirkəti haker hücumuna məruz qalıb. Bu barədə “Webtekno.сom” saytı xəbər verib.
 
Məlumata görə, hakerlər “Tesla”nın “Level One” adlı şirkətlə əlaqələrindən istifadə edərək Amerika kompaniyasına hücum təşkil ediblər. Kiberhücum nəticəsində şirkətə məxsus bütün məlumatların ələ keçirildiyi bildirilir. Oğurlanmış informasiyalara sürücü lisenziyası və pasport məlumatları, bank məlumatları kimi 41 mindən çox sənəd daxildir. 
Qeyd edək ki, 157 GB həcmində məlumatın oğurlandığı haker hücumunun qurbanı təkcə “Tesla” şirkəti deyil. “Toyota”, “Fiat” və “Volkswagen” kimi nəhəng avtomobil şirkətlərinin də gizli məlumatları ələ keçirilib.
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında