Fransalı nazir: ABŞ-la Avropa arasında ticarət müharibəsi gedir

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ-la Avropa arasında ticarət müharibəsinin getdiyini bəyan edib. Məlumatı “Reuters”ə istinadən TASS verib. 
 
“Böyük iyirmilik” ölkələrinin hamısı başa düşür ki, artıq ticarət müharibəsi başlanıb və bu reallıq dünyada iqtisadiyyatın artımı üçün təhlükədir, - deyə o bildirib. – Mən ABŞ-dan xahiş edirəm ki, sağlam düşüncəni işə salsın və öz müttəfiqlərinin hüquqlarına hörmət etsin”. 
Nazir əlavə edib ki, Ağ ev birinci addımı atmayınca Avropa Komissiyası tərəfindən ticarət məsələsi üzrə dialoq barədə hər hansı rəsmi təklifdən söhbət gedə bilməz. “Avropanın cavab tədbirləri görməkdən başqa çıxış yolu qalmayacaq”. 
Xatırladaq ki, iyulun 21-də Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard “Böyük iyirmilik” ölkələri maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin Buenos-Ayresdə keçirilmiş görüşündə bəyan edib ki, Vaşinqton tərəfindən başladılmış ticarət müharibəsi dünya iqtisadiyyatının inkişaf tempinə ciddi təsir edə bilər. “ABŞ-ın tətbiq etdiyi rüsum və tariflər, şübhəsiz ki, təsir göstərir, hadisələrin pis inkişafı şəraitində isə qlobal ÜDM-in 0,5 faiz aşağı düşməsinə gətirib çıxara bilər”, - deyə Laqard bildirib. 
Planetin iki böyük iqtisadiyyatı arasında yaranmış ticarət qarşıdurmasının əsası 2017-ci ilin axırlarında qoyulub. O zaman Birləşmiş Ştatlar prezidenti Donald Tramp Çin mallarına qarşı məhdudlaşdırıcı tədbirlər görülməsini dəstəkləmişdi. Çin əleyhinə atılmış proteksionist addımlar sonradan Avropa, Rusiya və bütün dünyaya qarşı münasibətdə genişləndi və tammiqyaslı ticarət müharibəsinə gətirib çıxardı. 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında