Türkiyə və Niderland ikitərəfli əlaqələri bərpa edirlər

Yaxın günlər ərzində Ankara və Haaqada səfirliklər fəaliyyətə başlayacaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, Türkiyə və Niderland dövlətləri normal ikitərəfli əlaqələri bərpa etməyi qərara alıblar. Türkiyəli diplomatın fikrincə, bu, hər iki ölkənin strateji maraqlarına tamamilə uyğundur. 
 
Qardaş ölkənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, o, bu yaxınlarda NATO-nun Brüsseldə keçirilən sammiti çərçivəsində niderlandlı həmkarı Stef Blok ilə görüşərək, iki ölkə arasında əlaqələrin bərpa olunması məsələsini müzakirə edib. 
M.Çavuşoğlu ümid etdiyini bildirib ki, rəsmi Ankara ilə Haaqa arasında yaşanan durğunluq tezliklə aradan qaldırılacaq. Nazir daha sonra deyib ki, Brüsseldəki görüşdən sonra Niderlandın xarici işlər naziri onun ünvanına məktub göndərib və ölkəsinin Ankara ilə əlaqələri bərpa etmək niyyətində olduğunu təsdiq edib. Bundan sonra isə nazirlər arasında telefon bağlantısı olub. Tərəflər ən yaxın günlərdə ölkələrinin səfirlərini təyin edəcəklərini vəd ediblər. 
Yeri gəlmişkən, M.Çavuşoğlu telefon bağlantısı zamanı niderlandlı həmkarıını Türkyəyə dəvət edib. Dəvət dərin məmnunluq hissi ilə qəbul edilib. Nazirlər öz köməkçilərinə iki ölkə arasında əlaqələri əvvəlki səviyyəyə çatdırmaq üçün “Yol xəritəsi” hazırlamağı tapşırıblar. Yol xəritəsinin təfərrüatları S.Blokun Ankaraya səfəri zamanı müzakirə ediləcək. 
Hazırda Niderlandda 450 mindən çox etnik türk yaşayır. İki ölkə arasında iqtisadi əlaqələr də kifayət qədər güclüdür. M.Çavuşoğlu vurğulayıb ki, Niderland Avropanın Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrindəndir. 
Xatırldaq ki, 2017-ci ilin 17 martında Niderland hökuməti göyərtəsində M.Çavuşoğlunun olduğu təyyarənin Rotterdam aeroportunda enməsinə razılıq verməmişdi. Bundan başqa, Niderland polisi həmin hadisə ilə əlaqədar etnik türklərin etiraz aksiyasını kobud şəkildə dağıtmışdı. 
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında