ABŞ-ın ən çox silah-sursat satdığı ölkələr

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu dünyanın ən böyük silah ixracatçısı olan Birləşmiş Ştatların silah satışı barədə araşdırmasının nəticələrini açıqlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
 
Mənbə qeyd edir ki, dünyanın digər regionları ilə müqayisədə ABŞ Cənubi Amerika ilə Avropadakı müttəfiqlərinə daha çox silah satıb.
Son illər qarşıdurmanın kəskinləşdiyi Orta Şərq və Afrika ölkələrinə silah ixracatı genişlənib.
“ABŞ 1950-1960-cı illərdə SSRİ ilə apardığı mübarizə çərçivəsində Kanada, Fransa, İngiltərə, Qərbi Almaniya və Türkiyə kimi yaxın müttəfiqlərinə önəmli çərçivədə silah ixracatı həyata keçirib”,- Stokholm Beynəlxalq Sülh Araşdırması İnstitutunun hesabatında qeyd edilib.
Əlavə olunub ki, 1960-1970-ci illər arasında Orta Şərq ölkələrinə ABŞ-dan çoxlu silah tədarükü həyata keçirilib. Bu illərdə Avropada Qərbi Almaniya, Orta Şərqdə isə İsrail, habelə Şah idarəçiliyi altında olan İran ABŞ-dan ən çox silah alan ölkələr olub.
1970-1980-ci illər arasında isə ABŞ-ın Avropa qitəsinə silah satışında azalma qeydə alınıb. Bu illərdə ABŞ-ın əsas müştəriləri hərbi çevrilişlər və daxili müharibələr yaşayan Latın Amerikası ölkələri olub. Bu illərdə ABŞ Orta Şərqə silah tədarükünü əvvəlki onilliklə müqayisədə 3 dəfə artırıb. Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Oman kimi ölkələr Pentaqonun əsas müştəriləri olub.
İranda Şah rejiminə böyük həcmdə silah satan ABŞ 1979-cu ildə baş verən islam inqilabından sonra bu ölkəyə silah satışını tamamilə dayandırmalı oldu.
Qeyd edilir ki, ABŞ 1990-2000-ci illərdə SSRİ-nin dağılması nəticəsində Şərqi Avropa və Balkanlarda yeni qurulan dövlətlərə xeyli miqdarda silah ixrac edib. 2000-2010-cu illərdə ABŞ-ın ən çox silah satdığı dövlət Cənubi Koreya olub. Son 40 ildə ABŞ-dan ən çox silah alan ölkə isə Səudiyyə Ərəbistanı və Yaponiya olub. 
 
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında