Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 200-dən çox yol texnikası alıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi son 6 ay ərzində 200-dən çox yol texnikası və maşın alıb. Bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında salınaraq istismara verilir, bu isə öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov jurnalistlərə açıqlamasında bildirib.  Onun sözlərinə görə, Çin Xalq Respublikası tərəfindən yardım məqsədilə 8,2 milyon dollar dəyərində texnika təmənnasız olaraq Azərbaycana verilib: " Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikası və maşın-mexanızmlər verilib. "

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  Nəqliyyat İdarəsinin  rəisi onu da vurğulayıb ki, maşın-mexanizm parkından səmərəli istifadə edilir və daima parkın yenilənməsini diqqətdə saxlayır. Bunun nəticəsidir ki, cari ilin son 6 ayı ərazində müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikaları alınıb.

Daha sonra media nümayəndələrini yol istismarı, təmiri və tikinti texnikaları ilə tanış edən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  Nəqliyyat İdarəsinin  rəisi onların təyinatı və texniki göstəriciləri barədə məlumat verib: "Xaricdən -Belarusiya, Çin, Avropa, İsveçrə, Türkiyə, İtaliya, Amerika , Çexiya və digər ölkələrdən alınan texnikaların hazırda sayı 200-ə yaxındır. Bu hələ hamısı deyil. Bəzi texniki maşınlar  da gətiriləcək, mərkəzi küçələrdə istifadə ediləcək. Yeni gətirilən texniki vasitələr iqlimlə əlaqədar olaraq isidici və sərinlədici sistemlərlə təchiz edilib. Bu isə əməkdaşların iş prosesi zamanı hava şəraiti ilə.əlaqədar yaşadığı çətinlikləri aradan qaldıracaq.”

O bildirib ki, Çİn Xalq Respublikasının Azərbaycana yol istismarı, təmiri və tikinti texniki vasitələrində yardım etməsi iki ölkə arasında dostluq və strateji əməkdaşlığa əsaslanır.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət və  iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan  Çin Xalq Respublikası və  Azərbaycanın dost və yaxşı strateji partnyor ölkə olduqlarını vurğulayıb. O bildirib ki, ölkəsi Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük önəm verir. Nəqliyyat texniki vasitələrinin Azərbaycana yardım şəklində təqdim edilməsi də bunun bariz nümunəsidir.” Azərbaycana təqdim edilən texniki avadanlıq 9 milyon ABŞ dolları dəyərindədir. Ümid edirik ki, bu avadanlıqlar Azərbaycanın iqtisadi inkişafına öz müsbət töhfəsini verəcək. 2015-ci ildə cənab Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər etmişdi. Həmin səfərdə iki ölkə liderləri gələcəkdə çoxtərəfli əməkdaşlıq perspektiv planları hazırlamışdılar. Düşünürəm ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Çin və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur”—deyə Çin səfirliyinin müşaviri əlavə edib.

Azərbaycan Avtomobil  Yolları Dövlət Agentliyinin   texniki şərtləri və sifarişi ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobil və avadanlıq da müvəffəqiyyətlə   agentliyin idarə-müəssisələri tərəfindən istifadə edilir. Yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatları buna nümunədir.  AAYDA-nin Nəqliyyat İdarəsinin rəsmisi deyir ki, bir sıra texniki vasitələrin ölkəmizdə istehsal edilməsi təqdirəlayiq haldır. “Biz işimizlə bağlı zəruri olan texniki vasitələri ölkəmizdə istehsal edən şirkətlərlə əməkdaşlığa hazırıq”—deyə əlavə edib.

Azərbaycan Avtomobil  Yolları Dövlət Agentliyinin çevik texniki yardım və servis mərkəzi fəaliyyət göstərir. Burada  nasaz texniki vasitələrin təmiri həyata keçirilir.

Çevik texniki yardım və servis mərkəzləri üçün çoxsaylı avadanlıq alınıb. Bu avadanlıqların bir qismi yollarda yaranan problemlərin aradan qaldırılmasında, yolların təmir və bərpası, eləcə də təmizlənməsində nəzərdə tutulub.  Buz təmizləyən, vakum sorucu kommunal maşınlar və s. buraya daxildir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasında  15 ildə  çox mühüm uğurlar əldə olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha göstərir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında