Ağdam rayonunun işğal altında olan kəndlərində yaşıllıqlar tamamilə məhv edilib

Ağdam rayonunun işğalından 25 il keçir. Ərazisinin 1736 hektarını meşələr təşkil edən rayonun ümumi sahəsi 88 min 395 hektardır.

NUHÇIXAN Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Ağdam rayonunda təsdiq edilmiş ehtiyatları 64 milyon 863 min kubmetr olan mişar daşı istehsalına yararlı Şahbulaq əhəngdaşı yatağı, sement istehsalına yararlı Çobandağ əhəngdaşı (ehtiyatları – 140464 min ton), Boyəhmədli gil (ehtiyatları – 44708 min ton) və Şorbulaq gil (ehtiyatları 25197 min ton) yataqları, ehtiyatları 3 milyon 999 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı, kərpic istehsalına yararlı Ağdam gil (ehtiyatları 1599 min kub metr) yatağı, ümumi ehtiyatları 29 milyon 599 min kubmetr olan 2 (Xaçınçay və Qarqarçay) qum-çınqıl qarışığı yataqları var.

Ağdam şəhərində yaşı 150 ildən 250 ilədək olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 Şərq çinarı pasportlaşdırılmış təbiət abidəsi kimi qorunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i rayonun erməni işğalı altında olan Güllücə, Qərvənd, Göytəpə, Paprəvənd, Qalayçılar, Boyəhmədli kəndlərində qəsdən yanğınların törədilməsi nəticəsində yaşıllıqların tamamilə məhv edilməsi, işğal altındakı ərazilərdən yaşı 400-ə çatan çinar ağaclarının doğranmış halda Ermənistan istiqamətinə aparılması faktını aşkarlayıb. Erməni terrorçuları vəhşilikləri ilə qədim Qarabağın misilsiz zəngin torpaqlarına qəddarcasına yanaşıblar.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında