Britaniya Brexit ilə əlaqədar Avropa İttifaqına 39 milyard funt ödəməyə bilər

Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə yeni ticarət sazişi imzalamaqdan imtina edərsə, London Brexit ilə əlaqədar Avropa İttifaqına 39 milyard funt ödəməyəcək.

APA-nın "The Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Dominik Raab bəyan edib.

D. Raab deyib ki, tərəflərdən biri sənəd üzrə razılaşdırılmış öhdəliyi qəbul edirsə, ancaq digər tərəf qəbul etmirsə, bu situasiya qəbuledilməzdir: “Əgər Avropa İttifaqı Böyük Britaniya ilə ticarət sazişi razılaşdırmağı bacarmırsa, biz Brexit-ə görə 39 milyard funt ödəməkdən imtina edəcəyik”.

Qeyd edək ki, 30 mart 2019-cu il Böyük Britaniya rəsmən Aİ-dən çıxacağı tarix olacaq. Böyük Britaniyanın Avropa İttifaqından çıxması və gələcək münasibətlərin formatı bu ilin oktyabrında müəyyənləşdirilməlidir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında