İşğal altındakı ərazilərdən narkotiklərin becərilməsi və trafiki üçün istifadə olunur

Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən 5-ci iclasının iştirakçılarını qəbul edib. Birinci vitse-prezidentin toplantıdakı çıxışından bir daha məlum oldu ki, Azərbaycan ölkədəki ictimai-siyasi sabitlik, milli və dövlət təhlükəsizliyi məsələlərinə nə qədər ciddi əhəmiyyət verir. Bu da səbəbsiz deyil. Azərbaycan xalqı keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə sabitliyin pozulmasının canlı şahidi olub və bunun nə demək olduğunu yaxşı bilir. 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sabitlik yaradılmasına və onun qorunub saxlanılmasına nail olub. Çünki bunsuz başqa sahələrin inkişafını təmin etmək mümkün olmur. Ulu öndər də ölkənin inkişafına məhz sabitlik yaradılmasından, qanunun aliliyinin, ictimai təhlükəsizliyin təmin olunmasından başladı. Bu ənənələr hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. 
Elə MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının iştirakçıları ilə görüşdə də Mehriban xanım bu məsələlər haqqında danışdı, Azərbaycanın bu sahədə əməkdaşlığa böyük önəm verdiyini qeyd etdi. Amma əsas diqqətin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində geniş yayılan cinayətkarlığa yönəldilməsi bizi çox məmnun etdi. Birinci vitse-prezident bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. “Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq”. 
Ümid edirik ki, Mehriban xanımın tənqidi qeydləri müvafiq ünvanlarda lazımi reaksiya doğuracaq və işğal altındakı ərazilərimizdə bütün qanunsuzluqlara son qoyulması üçün tədbirlər görüləcək. 
Azad KƏRİMLİ, 
Milli Onkologiya Mərkəzinin baş həkimi,
tibb üzrə fəlsəfə doktoru,
respublikanın 
baş onkoloqu

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında