“Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”

Əvvəlcə onu deyim ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının da Bakıda keçirilməsi ölkəmizdəki daxili sabitliyə verilən önəm kimi yüksək qiymətləndirilməlidir. İkinci, həmin iclasın iştirakçılarını qəbul edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səsləndirdiyi fikirlər ölkəmizin daxili və xarici siyasətinin əsas istiqamətlərindən və əldə edilən nailiyyətlərdən xəbər verirdi.
 
Mehriban xanım Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə – ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğulayaraq, ölkəmizdə bu şuranın işinə böyük əhəmiyyət verildiyini söylədi. Birinci vitse-prezident, eyni zamanda , Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırdı.
Ancaq həmin görüşdə səsləndirilən faktlar arasında bir ziyalı, ölkə vətəndaşı və ağsaqqal kimi məni daha çox məmnun edən ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunun dilə gətirilməsi idi. Mehriban xanım qeyd etdi ki, baş vermiş cinayətlərin çoxu hüquq-mühafizə orqanları tərəfindən açılır, ağır və xüsusilə ağır cinayətlərin sayı 30 faiz azalıb. Şuranın fəaliyyəti gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcək.
Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, Azərbaycanın Birinci vitse-prezidenti də istənilən tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından narahatlıq ifadə edir. Mehriban xanım bu görüşdə də həmin məsələyə münasibət bildirdi: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur”.
Bütün bunları daxili işlər nazirlərinin diqqətinə çatdıran Mehriban xanım Əliyeva “Əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik” – deyə sabaha inamla baxdığını söylədi.
Tofiq BAKIXANOV, 
Xalq artisti, professor
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında