Azərbaycan regionda təhlükəsizliyin qarantıdır

Birinci vitse-prezident Mehriban xanım Əliyeva MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən Azərbaycan üçün mühüm önəm daşıyan bir sıra məqamlara, o cümlədən milli təhlükəsizliyimiz və cinayətkarlığa qarşı mübarizə məsələsinə toxunub. “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”, – deyən Mehriban xanım Əliyeva Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırıb. Eyni zamanda, respublikamızda cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını da müsbət hal kimi xatırladıb. 
 
Belə bir nüfuzlu tədbirin paytaxt Bakıda keçirilməsi məhz müasir Azərbaycanın reallığı- sabitliyi, əmin-amanlığı, insanların yüksək rifah şəraitində yaşaması ilə bağlıdır. Respublikamızın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların əsasında da məhz Azərbaycanın siyasi rəhbərliyinin səyi ilə ölkədə yaradılan sabitlik və təhlükəsizlik amili dayanır. Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı işğal faktı olmasaydı, uğurlarımızın miqyası daha da genişlənə bilərdi. 
Buradan, həm də o anlama gəlinir ki, Azərbaycanın mühüm uğurlar əldə etməsi, ölkədəki sabitliyə nail olunması cəmiyyətin siyasi hakimiyyətə verdiyi dəstəklə, möhkəm xalq-iqtidar birliyi ilə sıx bağlıdır. Əgər gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması imkanları tükənərsə, bu birlik, xalqın Prezidentinin ətrafında sıx birləşməsi amili hesabına müharibə yolu ilə Azərbaycan öz tarixi ərazilərini işğaldan azad edəcək.
Birinci vitse-prezident çıxışında vurğulayıb ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları da mövcuddur.Artıq uzun illərdir ki, həmin ərazilərdə qanunsuz olaraq xarici hüquqi və fiziki şəxslər fəaliyyət göstərirlər. Bu isə yolverilməz haldır, Azərbaycan Respublikasının qanunverciliyinin kobud şəkildə pozulması deməkdir. 
Mehriban xanım Əliyeva çıxışında MDB ölkələrinin hüquq-mühafizə orqanları rəhbərlərini bu məsələyə diqqət ayırmağa, bununla əlaqədar konkret addımlar atmağa çağırıb. Əks halda, regionda təhlükəsizlik və sabitlik şübhə altında qala, münaqişə alovlana, müharibə müstəvisinə keçə bilər.
Birinci vitse-prezident iclas iştirakçıları ilə görüşündə, həmçinin qonaqların diqqətinə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır. Son 25 ildə dövlət büdcəsindən 7 milyard manatdan artıq vəsait erməni işğalı nəticəsində məcburi köçkün vəziyyətində düşmüş vətəndaşlarımızın şəraitinin yaxşılaşdırılmasına sərf olunub.
Rahib ABBASOV, 
Rusiya Təbiətşünaslıq
Akademiyasının professoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında