Azərbaycan beynəlxalq aləmdə sabit və təhlükəsiz ölkə kimi tanınır

Qloballaşan dünyada hər bir ölkə üçün təhlükəsizlik ən aktual və əhəmiyyətli məsələdir. Nəzərə alsaq ki, hazırda dünyanın bəzi qaynar nöqtələrində müharibə və münaqişələr zamanı minlərlə günahsız insan qətlə yetirilir, terror aktları törədilir, onda sabit cəmiyyətdə və dövlətdə yaşamağın önəmi daha aydın təsəvvür edilər. 
 
Bu gün Azərbaycan dövlətinin yürütdüyü düzgün siyasət nəticəsində ölkəmiz təkcə Cənubi Qafqazda deyil, həm də beynəlxalq aləmdə təhlükəsiz və sabit ölkə kimi tanınır. Bakıda vaxtaşırı beynəlxalq ictimai-siyasi tədbirlərin, konfrans və simpoziumlarının keçirilməsi, ölkəmizin bir sıra beynəlxalq layihələrə imza atması da bu təhlükəsizliyin və stabilliyin sübutudur.
 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə bu məsələnin vurğulanması artıq Azərbaycanın güclü və sabit dövlət olaraq yüksək nüfuzundan və ona olan etimaddan xəbər verir.
MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının beşinci toplantısının Azərbaycanda keçirilməsinə adi bir tədbir kimi yanaşmaq sadəlövhlük olardı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra MDB ölkələri ilə müxtəlif sahələrlə yanaşı, təhlükəsizlik sahəsində də ölkələrin DİN səviyyəsində əməkdaşlığına xüsusi önəm verib və bu əməkdaşlıq hazırda uğurla davam edir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə toplantı iştirakçılarının görüşü qonaqların Azərbaycanın son illərdə cinayətkarlığa qarşı mübarizədə, eləcə də regionda təhlükəsizliyin təmin olunmasında gördüyü işlərlə tanış olmaq baxımından önəm daşıyır. Mehriban xanım Əliyevanın “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir” fikrini diqqətə çatdırması bilavasitə dövlətimizin cəmiyyətdə vətəndaşların dinc və təhlükəsiz şəraitdə yaşamasına əhəmiyyət verdiyini və bununla bağlı zəruri tədbirlərin həyata keçirildiyini göstərir. 
Bu, bir həqiqətdir ki, təhlükəsizlik təmin edilməyən cəmiyyətdə hansısa inkişafdan söhbət gedə bilməz. Bu gün dövlətin apardığı uğurlu və uzaqgörən siyasətin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi, TAP, TANAP kimi enerji layihələrinin reallaşmasında məhz Azərbaycanın fəaliyyəti daha çox diqqət çəkir, bir sıra beynəlxalq və mötəbər Bakı tədbirlərə ev sahibliyi edir. 
Bütün bunlar, əlbəttə, ilk növbədə Azərbaycanın artıq təhlükəsiz və sabit ölkə kimi tanınması və ona olan etimaddan irəli gəlir.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında