Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına bir il qalıb

İyulun 21-də 2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına geri sayım başlayıb. Şəhərin mərkəzi küçələrindən birində geri sayımı göstərəcək saat quraşdırılacaq. 
 
Festivalın açılış mərasimi gələn il iyulun 21-də “Crystal Hall”da baş tutacaq və tədbir 6 gün davam edəcək. Yarışlarda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2 min idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 4 minədək qonağın gələcəyi gözlənilir.
İdmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika, basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan Roma və sərbəst güləş ), 12 idman qurğusunda, 13 proqram üzrə mübarizə aparacaqlar.
Festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququnu qazanır. Gənclərə Olimpiya Hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə 1990-cı ildə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən Avropa Gənclər Festivalını keçirmək təklifini irəli sürüb. Festival 14-18 yaşlı gənclər arasında Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. İlk dəfə festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib.  
Festival iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur.
Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları yaxud Panama Gənclər Oyunlar kimi ənənəni, həmçinin Avropada davam etdirmək imkanını yaradır.
İyulun 10-da yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki, Əlaqələndirmə Komissiyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissiyasının üzvü, Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç Bakıda səfərdə olublar. Toplantı zamanı festivala hazırlıqla bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, Atletlər kəndindəki vəziyyət, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Bununla yanaşı, qonaqlar Bakıda olduqları müddətdə Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər kəndi və bir sıra idman qurğularında da olublar.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında