Ermənistanın baş naziri ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirib

Korrupsiya haqqında gündəlik məlumatlar məni şoka salır. APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 
“Erməni cəmiyyətində həmişə bəlli problemlərdən danışılır,  amma elə də aşkar olmayan, lakin əhəmiyyəti heç də az olmayan məsələlərə çox az diqqət yetirilir. Mən buna çox təəccüb edirəm. Əvvəllər çalışırdım sərt tənqidlərə, qabartmalara yol verməyim, lakin bu gün ölkədəki korrupsiyanın miqyasından şokdayam. Bu ağlasığmaz dərəcədədir”, - deyə Nikol Paşinyan qeyd edib.
N.Paşinyanın sözlərinə görə, korrupsiyaya dair ən sərt çıxışı ölkədəki korrupsiyanın real miqyası ilə müqayisədə gülüncdür.   
Ermənistanın baş naziri ölkədəki çoxsaylı problemlərdən təəccüblənməkdə davam etdiyini bildirib.
“Belə düşünürəm ki, mən hələ dörd ay ərzində hər gün nəyəsə təəccüblənməkdə davam edəcəyəm. Mənə hər gün elə məlumatlar təqdim edirlər ki, faktlar - yəni sübut №1, №2, №3 və s. açıqlanmayanadək, onlara inanmağım gəlmir”, – deyə baş nazir bildirib.      
Onun sözlərinə görə, vəziyyət o qədər acınacaqlıdır ki, əsəbləri tab gətirmir: “Mən gün ərzində bu qədər neqativ məlumatların fonunda təmkinli qalmaqda çətinlik çəkirəm və məruzə edəndən çıxışını dayandırmağı xahiş edirəm. Mən dözməyərək, məruzəçiyə “dur, bəsdir, daha dinləmək istəmirəm, bu günə kifayətdir, sağ olun, uğurlar, gedin bunları başqasına danışın” deməyə məcbur oluram”. 
Göründüyu kimi, Paşinyan problemlərin aradan qaldırılması barədə bircə kəlmə belə danışmır, çünki o, bu problemləri həll etmək iqtidarında deyil .

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında