Növbəti sammit təhlükəsizlik barədə olacaq

BBC-nin məlumatına görə, Birləşmiş Ştatlar Prezidenti Donald Trampla Rusiya Federasiyasının lideri Vladimir Putin arasında payızda planlaşdırılan sammit təhlükəsizlik məsələləri barədə olacaq. Ağ evin bəyanatından sonra rəsmi Moskva liderlər arasında ikinci görüşə hazır olduğuna işarə edib.
 
Yeri gəlmişkən Prezident Donald Trampın rusiyalı həmkarı ilə birinci görüşü hələ də ABŞ ictimaiyyətində tənqid obyekti olaraq qalır. Ağ ev rəsmisi bəyan edib ki, növbəti Tramp-Putin sammiti təhlükəsizlik, ələlxüsus Rusiyanın seçkilərə müdaxiləsinə həsr olunacaq. Lakin mənbə Rusiyanın seçkilərə müdaxiləsi deyəndə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.
Adının çəkilməsini istəməyən Ağ ev rəsmisi görüşdə habelə Şimali Koreya, İran və Suriya məsələlərinin də müzakirə olunacağını bildirib. 
Qeyd edək ki, Helsinki sammitində Rusiyanın ABŞ-da ­prezident seçkilərinə müdaxilə etməsi fikrini dəstəkləmədiyinə görə Tramp ölkə daxilində sərt tənqidlərə məruz qalıb.
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında