Suriyanın enerji sistemi bərpa edilir

Vətənlərinə qayıtmış Suriya qaçqınları işsiz qalmayıblar. Ölkənin enerji sistemini bərpa etmək üçün genişmiqyaslı işlər görülür. Suriyaya tətbiq edilmiş sanksiyalara görə, digər ölkələrdən avadanlıq almaq çətinləşib. Suriyaya yalnız Çin, Misir və Rusiya kömək edir. 
 
Suriyanın kabel zavodunda ayda 250 ton kabel istehsal edilir. Bu rəqəmi 1000 tona çatdırmaq qərara alınıb. Transformator zavodunda isə hər ay 500 transformator istehsal edilir.
Hazırda Suriyada energetiklərə və inşaatçılara böyük ehtiyac var. Energetiklərdən ibarət mobil briqada Şərqi Qutada elektrik şəbəkəsini bərpa edib. İnşaatçılar və energetiklər ölkəni yenidən qurmaq üçün 40 dərəcə istidə istirahətsiz hər gün 10-12 saat işləyirlər. Paytaxt Dəməşqdə də quruculuq işləri böyük miqyas alıb.
 
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında