Baş nazir xalqın etimadını yenidən bərpa etməyə çalışacaq

Yaponiyanın Baş naziri Sindzo Abe hökumətdə baş verən qalmaqallardan sonra xalqın etimadını yenidən bərpa etməyə çalışacağını vəd edib. Bu barədə  NHK “World” telekanalı məlumat yayıb.
 
Mənbə qeyd edir ki, Baş nazir həmin bəyanatla iyulun 20-də axşam saatlarında parlamentin son sessiyasının başa çatması ilə əlaqədar təşkil edilən mətbuat konfransında çıxış edib.
Ş.Abe ilk dəfə bu ayın əvvəllərində baş verən aramsız yağışların törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində yaranan fəsadlara da toxunub. O vəd edib ki, hökumət insanların tezliklə normal həyat şəraitinə qayıtmaları üçün mümkün olan bütün imkanlardan istifadə edəcək.
Sonra Baş nazir ictimai sənədlərin saxtalaşdırılması və dostu ilə proteksionist fəaliyyət nəticəsində ona ünvanlanan ittihamlarla bağlı baş verən qalmaqallara görə xalqdan üzr istəyib.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında