Administrasiya rəsmisi : Bu, Türkiyə mediasının Azərbaycana olan dəstəyidir

Sosial şəbəkələrdən Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə olunur.  Lakin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Bu fikri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə  keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı vurğulayıb. O bildirib ki, bu gün internet mediası yenilənir və informasiya mübadiləsi olduqca sadələşir. Artıq dünyanın ən aparıcı qəzetləri də sosial şəbəkələr üzərindən fəaliyyət göstərirlər.  Sosial şəbəkələrdən Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə olunduğunu bildirən natiq sosial mediada ölkəmizdə qarşı təxribat xarakterli yazılarla çıxış edən səhifələrin olduğunu da vurğulayıb. “ Lakin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Biz buna qarşı mümkün qədər ciddi addımlar atırıq, diaspor fəaliyyətinin fəaliyyətini gücləndirmişik. Ermənistan və Azərbaycan arasında uzun illərdir davam edən proseslərin fərqli aspektlərdən təsvir edilməsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması da bu mübarizəyə aiddir. Bu proseslərin əsl mahiyyəti həm Türkiyə, həm də Azərbaycan mediasında öz əksini tapır. Ümid edirəm ki, iki qardaş ölkə arasındakı münasibətlər media üzərindən də güclənəcək. Bunu həm Azərbaycan Prezidenti, həm də Türkiyə Prezidenti daim öz çıxışlarında qeyd edirlər".

Administrasiya rəsmisi  Gəncə hadisələrinə də toxunub və bildirib ki, Türkiyə mediasının bu hadisə ilə bağlı yanlış məlumat deyil, məsələni bütün aspektlərdən araşdıraraq yayımlaması onların Azərbaycana olan dəstəyidir: "Təbii ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Azərbaycanda Gəncə hadisələri ölkələrin sabitliyinin pozulmasına yönəldiyi üçün bu çətin vaxtlarda iki ölkənin bir-birinə dəstəyi çox mühüm idi"—deyə PA rəsmisi əlavə edib.

Qeyd edək ki, forumun təşkilatçıları Türkiyənin Azərbaycandakı səfirliyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu və Mətbuat Şurasıdır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında