Tramp yenə Pekini qorxutdu

Prezident Donald Tramp hər bir Çin məhsuluna tarif vergisi qoymağa hazır olduğunu dedikdən sonra cümə günü səhm bazarlarında kəskin eniş müşahidə olunmaqdadır.

Strateq.az saytı yazır ki, CNBC biznes telekanalına verdiyi müsahibədə Tramp “mən 500-ü hədəf almağa hazıram” deyib. O, bununla hər il Çindən idxal olunan 505.5 milyard dollar həcmində əmtəəni nəzərdə tutub.

İndiyədək administrasiya Çinlə ticarət ixtilafı əsnasında həmin ölkənin mallarının $34 milyard dollarlıq kəsiminə tarif vergiləri tətbiq edib. Dou səhm birjasında dəyərlər kəskin enib.

Çin valyutası yuan son 12 ayda ən aşağı nöqtəsinə düşərək dollara nisbətdə 6.8-ə enib. Bu eniş fevraldan bəri müşahidə olunan 7.6 faiz dəyər itirimi təşkil edir. Bəzi ABŞ biznesləri cavab tədbirlərindən narahat olaraq Tramp administrasiyasına müqavimət göstərirlər. Tramp Ticarət Nazirliyinə avto-idxalın milli təhlükəsizliyə nə dərəcədə təhlükə törətdiyini araşdırmağa göstəriş verib.

Bu ilin əvvəlində ABŞ prezidenti milli təhlükəsizliyi əsas gətirərək idxal olunan polad və alüminiuma tarif vergiləri tətbiq edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında