Paşinyan: Ter-Petrosyan Qarabağla bağlı mənə bunları deyib

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Levon Ter-Petrosyanla görüşünü və “Qarabağın statusuna əvəz olaraq ərazilərin qaytarılması” düsturu haqqında danışıb.

Strateq.az xəbər verir ki, Paşinyan Azərbaycanın güzəştə getməli olduğunu iddia edib.

“Biz nə üçün Ermənistanın güzəştə getməli olduğunu müzakirə edirik? Niyə yalnız biz özümüzdən danışırıq. Biz Azərbaycanın güzəştə hazır olduğu mesajını alan kimi, güzəştin mahiyyətini müzakirə edəcəyik və xalqı buna hazırlayacağıq”, – deyə o bildirib.

Paşinyan Ter-Petrosyanla görüşdə ümumi müzakirələr apardıqlarını deyib: “O, mənə Qarabağ münaqişəsi ilə bağlı faydalı hesab etdiyi bəzi məlumatları verdi. Lakin o, münaqişə ilə bağlı mövqeyini bildirmədi”.

Qeyd edək ki, Ter-Petrosyan Ermənistanın dövlət kimi gələcəkdə var olmasının Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğu fikrini dəfələrlə dilə gətirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında