MADO Azərbaycan restoranlar şəbəkəsinə Media Tur təşkil olunub

Jurnalistlər MADO restoranlar şəbəkəsinin beş filialı ilə tanış olub, xidmət zallarında, həmçinin mətbəxdə iş prosesini müşahidə ediblər.

Şirkətin marketinq direktoru Kəmalə Allahverdiya 150 illik tarixə malik dondurma ənənəsini gələcəyə ötürməyi qarşısına məqsəd qoyan MADO Azərbaycan brendinin tarixi, şirkətin əsas missiyası, hədəfləri və Azərbaycan daxil olmaqla bütün ölkələrdə müştəri məmnuniyyəti əldə etmək üçün əsas diqqət edilən məqamlar, beynəlxalq idarəetmə sistemi haqqında məlumat verib. Qida Təhlükəsizliyi şöbəsinin müdiri Babək Məmmədov isə qida təhlükəsizliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daim sosial layihələr, xeyriyyə aksiyaları təşkil edən MADO Azərbaycan mütəmadi olaraq Media Tur və açıq qapı günləri də təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, MADO - adı ilə bütövləşdirdiyi Maraş dondurmasını bütün dünyaya yaymağı və dünya səviyyəsində tanıtmağı qarşısına məqsəd qoyan restoranlar şəbəkəsidir.Azərbaycanda 2010-cu ildən fəaliyyətə başlamışdır. Hazırda 5 şöbəsi ilə xidmət göstərir.

Anar TURAN,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında