“Xiaomi” yeni smartfon istehsal edib

“The Verge” saytının məlumatına görə, Çinin “Xiaomi” şirkəti böyük ekranlı smartfon (planşetofon) təqdim edib.

Məlumata görə, cihaz 6,9 ekran (2160x1080 piksel) ölçülüdür, “Snapdragon 636” prosessoru ilə təchiz olunub. Böyük modifikasiya 6 GB operativ və 128 GB daxili yaddaşa, kiçik modifikasiya isə 4 və 64 GB yaddaşa malikdir. Əsas kamera ikilidir, müvafiq olaraq, 12 və 5 meqapikseldir. Ön kamera isə 8 Mp-dir.

Smartfon 2 dinamik, barmaq izi skaneri, “microSD” slotu, 4G VoLTE, eləcə də iki SİM kart üçün slota sahibdir. Cihaz “Android 8.1 Oreo” əməliyyat sistemi ilə çalışır. Akkumulyatorun tutumu 5500 mAs-dır.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında