Robot texnikası və dron bazarı yüksək sürətlə inkişaf edir

Analitiklərin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz idarə olunan sistemlərin qlobal satış həcmi 95,9 milyard dollar təşkil edəcək, 2022-ci ilədək bu göstərici 201,3 milyard dollaradək yüksələcək ki, bu da 19,6 faiz orta illik artım sürətinə uyğundur. Bu barədə “computerworld.ru” saytı məlumat yayıb.

Mənbə yazır ki, IDC analitik şirkətinin hesablamasına görə, qlobal satış həcminin 85 faizdən çox hissəsi robot texnikasının (əsasən sənaye robotları) payına düşür.

2018-ci ildə pilotsuz idarə edilən uçan aparatların (dron) satış həcmi 9,3 milyard dollaradək artacaq, yaxın illər ərzində isə ildə orta hesabla 32,1 faiz artacaq. İndiyədək dronlar əsasən hava çəkilişi üçün tətbiq edilirdisə, hazırda onları artıq yüklərin (həmçinin təcili tibbi yüklər) çatdırılmasında və kənd təsərrüfatı monitorinqində istifadə etməyi planlaşdırırlar. Əksər ölkələrdə dron uçuşlarını tənzimləyən qanunlar qəbul edilir və istehsalçılar aparatların etibarlılıq və təhlükəsizliyini artırmağa böyük önəm verirlər.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında