Tramp Çini yeni rüsumlar tətbiq etməklə hədələyib

CNBC telekanalının yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çindən idxal edilən 500 milyard dollarlıq malların hamısına yeni tariflər tətbiq etməyə hazırdır. Artıq maliyyə bazarları onun bu bəyanatına mənfi reaksiya verib.

 

Telekanala müsahibəsində iki ölkə arasında ticarət kəsirindən danışan Tramp deyib: “Mən rüsumları 500 milyard dollara qaldırmağa hazıram”.

ABŞ hökumətinin məlumatına görə, 2017-ci ildə Çindən Birləşmiş Ştatlara 505 milyard dollarlıq mal ixrac edilib ki, bu da ticarət balansında 376 milyard dollaradək kəsir yaradıb. Tarazlığın pozulmasının miqyasının artması 2018-ci ildə də davam edib. Belə ki, cari ilin beş ayında Çindən idxalın həcmi 205 milyard dollara, kəsir isə 152 milyarda çatıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında