“Novatek” Çinə ilk LNG yükünü göndərib

TASS informasiya agentliyinin verdiyi xəbərə görə, Rusiyanın “Novatek” enerji şirkəti “Yamal LNG” layihəsi çərçivəsində ilk LNG yükünü Şimal dənizi marşrutu ilə Çinə göndərib. Mayeləşdirilmiş təbii qaz Çinə “M/T VLADIMIR RUSANOV” və “M/T EDUARD TOLL” adlı 2 LNG tankeri vasitəsilə çatdırılıb.

LNG yükü boşalandan sonra tankerlər Sabetta limanındakı “Yamal LNG” emal və ixrac müəssisəsinə geri qayıdacaq. Gəmilərin Şimal dənizi marşrutu geri qayıtması isə 19 gün davam edəcək. Həmçinin tankerləri buzqıran gəmilər müşayiət edəcək. Səfər Süveyş Kanalı ilə həyata keçirildiyi təqdirdə bu müddət 35 günə tamamlanırdı.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında