“Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinin mükafatlandırma mərasimi olub

Dövlət Gömrük Komitəsi və mətbuat Şurasının “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinin mükafatlandırma mərasimi olub.
 
AZƏRTAC xəbər verir ki, mərasimdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan milli mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə media nümayəndələrini təbrik edib, onlara xoş arzularını çatdırıb.
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız zəngin tarixi inkişaf yolu keçdiyini bildirən Səfər Mehdiyev, milli şüurumuzun oyanmasında, azərbaycançılıq məfkurəsinin, istiqlal duyğularının güclənməsində Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin xüsusi rolundan danışıb.
Milli mətbuatımızın əsil çiçəklənmə dövrünü isə ölkəmiz müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadığını vurğulayan komitə sədri, bu gün milli mətbuatımıza dövlət qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Səfər Mehdiyev mətbuat və söz azadlığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinə maddi yardımlar, jurnalistlərin fəxri adlar, müxtəlif mükafatlarla təltif edilməsi, mətbuat nümayəndələrinin sosial problemlərinin həlli istiqamətində atılan addımların buna bariz nümunə olduğunu bildirib.
Dövlət Gömrük Komitəsinin öz fəaliyyətində ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük işi və qanunvericiliyilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və davamlı maarifləndirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edən Səfər Mehdiyev, gömrük xidmətinin kütləvi informasiya vasitələrinin nümayəndələrilə qarşılıqlı səmərəli işgüzar münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
S.Mehdiyev qeyd edib ki, müsabiqəni keçirməkdə bir məqsəd də jurnalistlərin gömrük sahəsində bilik və bacarıqlarını artırmaq, bu istiqamətdə ixtisaslaşmış jurnalistlər hazırlamaqdır. Gömrük Komitəsi bunun üçün son bir ay ərzində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən media-turlar, seminarlar təşkil edib. Bu müsabiqəni də, bu cür maarifləndirmənin davamı kimi qeyd etmək olar. Dövlət Gömrük Komitəsi bu sahə üzrə peşəkar jurnalistlərin hazırlanması üçün Azərbaycanın regionlarından birində kurslar təşkil etməyi də planlaşdırır.
Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi müsabiqənin də gömrük işinin təbliğini, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin edəcəyinə ümidvar olduğunu bildirən Səfər Mehdiyev müsabiqə iştirakçılarına təşəkkürünü bildirib, jurnalistlərə yeni yaradıcılıq uğurları arzulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin təşkilini Dövlət Gömrük Komitəsinin Azərbaycan mətbuatına töhfəsi kimi dəyərləndirib, sön illər gömrük sistemində həyata keçirilən islahatlar, şəffaflığın təmin olunması məqsədilə atılan addımlardan bəhs edib. Mətbuat Şurasının sədri görülən işlərin media tərəfindən də təqdirlə qarşılandığını və kütləvi informasiya vasitələri ilə gömrük arasında qurulan işgüzar əlaqələrin bu sahədəki təbliğat işinə də müsbət şərait yaratdığını bildirib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyinə həsr olunan mərasimin əhəmiyyətindən danışıb, Azərbaycan mətbuatına dövlətin qayğısı və diqqətindən bəhs edib. Bildirib ki, bu cür müsabiqələr həm jurnalistlərin peşəkarlığını artırır, həm də onlara əlavə stimul verir.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı son zamanlar Dövlət Gömrük Komitəsi ilə media qurumları arasında işgüzar əlaqələrin qurulduğunu, bunun da ümumi işə fayda verdiyini bildirib. Komitənin medianın sorğularını operativ şəkildə cavablandırmasının, gömrüklə bağlı xəbərlərə dərhal rəsmi münasibət bildirməsinin jurnalistlərin gömrüklə bağlı xəbərlərə daha da məsuliyyətli yanaşmasına, doğru və düzgün xəbərlərin yayımlanmasına şərait yaratdığını diqqətə çatdırıb.
“Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Dövlət Gömrük Komitəsinin son zamanlar media qurumları və jurnalistlərlə işgüzar əlaqələr qurduğunu və bunun yalnız media nümayəndələri tərəfindən deyil, həm də ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib, qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Daha sonra Azərbaycan milli mətbuatının yaranmasının 143-cü ildönümünə həsr edilən “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Elvin Camalov olub.
Qeyd edilib ki, müsabiqəyə 27 yazı təqdim olunub. Yazıların düzgünlüyü və peşəkarlığı gömrük əməkdaşları, bədii üslubda yazılışı isə komitənin mətbuat xidməti tərəfindən diqqətlə yoxlanıldıqdan sonra qalib müəyyənləşdirilib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında