Sualtı daşımalar üçün məsafədən idarə edilən ilk robot

Çin Dəmir Yolu Korporasiyası sualtı daşımaların həyata keçirilməsi üçün məsafədən idarə edilən yeni aparat təqdim edib. Robot kommersiya istifadəsi üçün hazırlanan ilk qurğudur.
 
Məsafədən idarə olunan digər sualtı aparatlar kimi, təqdim edilən model tədqiqat xilasetmə əməliyyatları, texniki baxış işlərinin aparılması, suyun dibindən əşyaların çıxarılması, eləcə də neft-qaz kompleksi işlərinin müşayiət edilməsi məqsədilə istifadə olunacaq.
“CRRC” nümayəndələrinin sözlərinə görə, yeni robot gücə görə mövcud analoqlarını üstələyir: aparata quraşdırılan mühərrikin gücü 250 at gücü təşkil edir ki, bu da “BMW X6” markalı avtomobilin gücünə bərabərdir. Çəkisi 5 ton olan qurğunun yükgötürmə qabiliyyəti 4 ton təşkil edir.
Bildirilir ki, yeni qurğu suyun 3 min metr dərinliyində real vaxt rejimində 1-3 metr görünmə şəraitində işləyə bilir.
Aparata, həmçinin, exolokasiya texnologiyası quraşdırılıb ki, bu da qurğuya suyun altında müxtəlif əşyaların olduğu yeri müəyyənləşdirməyə imkan verir. Qurğunun işinin dəqiqliyi millimetrlərlə ölçülür. Robot suyun dibindən iynə ölçüsündə əşyanı qaldıra bilir.
Sualtı daşımalar üçün məsafədən idarə edilən yeni aparatın kütləvi istehsalı nəzərdə tutulur.
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında