Nazir Əbülfəs Qarayev Qazax rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax rayonunda vətəndaşları qəbul edib.
 
 Qəbuldan sonra jurnalistlərə açıqlama verən nazir ölkə başçısının tapşırığı ilə yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər diqqətdə saxlanılaraq həll edilir. Bu gün Qazax rayonunda keçirilən görüşdə də maraqlı təkliflər, müraciətlər oldu. Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair bir sıra təkliflər səsləndirildi”. Bu barədə nazirlikdən məlumat verilib.
Nazir bildirib ki, mədəniyyət sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, yeni formatda çalışacaq mədəniyyət müəssisələrinin fəaliyyət istiqamətləri ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanılacaq. 
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalından danışaraq qeyd edib ki, bu layihə bölgələrarası mədəniyyət mübadiləsinə əlavə təkan verəcək. Festivalın ölkəmizin bütün bölgələrində təşkil olunacağı diqqətə çatdırılıb.
Vətəndaşlarla görüşdən sonra nazir Qazax rayonunda yerləşən bir sıra mədəniyyət obyektlərinə baş çəkib, vəziyyətlə tanış olub. Rayon Mədəniyyət Mərkəzində nazirə mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. 
Daha sonra Əbülfəs Qarayev rayon tarix-diyarşünaslıq muzeyinə gəlib. Məlumat verildi ki, muzeyin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Muzeydə rayonun tarixini, mədəniyyətini əks etdirən 2450 eksponat mühafizə olunur. İkimərtəbəli binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti, rayona səfərləri ilə bağlı fotolardan ibarət guşələr yaradılıb. Həmçinin burada təbiət, arxeologiya, tarixi dövrlər və s. tematik bölmələr var. İkinci mərtəbədə “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və s. bölmələri yaradılıb.
Nazir Qazax Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə də tanış olub. Məlumat verilib ki, qalereyanın fondunda ümumilikdə 549 əsər saxlanılır ki, bunlar əsasən boyakarlıq və rəngkarlıq nümunələridir. Müasir tələblər səviyyəsində qurulan qalereyada mütəmadi olaraq tədbirlər, sərgilər təşkil olunur.
Əbülfəs Qarayev daha sonra Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə, Qazax rayon 1 nömrəli uşaq musiqi məktəbinə, mərkəzi kitabxananın uşaq şöbəsinə baş çəkib.
Nazir bütün mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.
Ü.VAHİDQIZI,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında