“Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi başa çatıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Şəki sərhəd dəstəsinin Laza sərhəd zastavasının bazasında Nəsimi rayonunun orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün təşkil olunan “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi başa çatıb.
 
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 11-dən 19-dək davam edən düşərgədə müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, silahların sökülməsi və yığılması, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələlər, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələləri və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edib.
Məktəblilər arasında minifutbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilib, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrəsi arxasında müzakirələr təşkil olunub. Azərbaycan kinomatoqrafçıları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentlər, Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilib.
Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına, “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar, Qəbələ rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunub.
İyulun 19-da “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin baş çatması ilə əlaqədar təntənəli mərasim keçirilib. 
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri iştirak ediblər. 
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, savadlı və sağlam inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilib, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rolu vurğulanıb. 
Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şagirdlər mükafatlandırılıb, məktəblilərə xatirə hədiyyələri təqdim edilib. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında