Yeni Azərbaycan Partiyasında mətbuat nümayəndələri ilə görüş olub

İyulun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirilib.
 
görüşdə Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Azərbaycanda hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu söyləyib. O vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir və bu, özünü söz və mətbuat azadlığı sahəsində də göstərir. Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanda dövlət səviyyəsində mətbuata mühüm önəm verilir, mətbuatın inkişafına dəstək göstərilir. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncamla mətbuat orqanlarına maliyyə dəstəyi ayrıldı. Jurnalistlər üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi də dövlətimizin bu sahəyə qayğısının göstəricisidir. Bunlar dövlətimizin başçısının kütləvi informasiya vasitələrinə diqqət və qayğısının ifadəsidir. Beləliklə, ölkəmizdə güclü mətbuat mövcuddur və jurnalistlər ordusu formalaşıb. Mətbuat orqanlarının mütləq əksəriyyəti milli maraqların keşiyində dayanır. 
Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası ənənəvi olaraq Milli Mətbuat Gününü qeyd edir. Bu, həm cəmiyyətin mətbuata önəminin, həm də partiyamızın mətbuatın roluna böyük əhəmiyyət verməsinin göstəricisidir.
Sonda tədbirdə iştirak edən jurnalistlərə Milli Mətbuat Günü münasibətilə mükafatlar təqdim olunub.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında