Ukrayna əgər “Şimal axını-2” layihəsini dayandırmaq istəyirsə, Rusiya ilə barışmalıdır

Rusiya və Ukrayna “Şimal axını-2” layihəsinin reallaşması ilə bağlı potensial problemləri həll etmək üçün barışmalıdır. Bu bəyanatı Ukrayna Ali Radasının Regionlar Partiyasından sabiq deputat Anna German “News One” telekanalına müsahibəsində səsləndirib. Məlumatı “Lenta.ru” verib. 
 
“Əgər Ukrayna “Şimal axını-2” layihəsini dayandırmaq istəyirsə, elə etmək lazımdır ki, bu iki ölkə arasında münasibətlər hansısa ağlabatan məcraya qayıtsın”, – deyə German bildirib. 
Onun sözlərinə görə, Ukraynanın hazırkı parlamenti belə bir qərar qəbul etmək iqtidarında deyil. Ona görə də növbəti seçkilər keçirmək lazımdır ki, parlamentə Rusiya ilə münasibətlər konsepsiyasına yenidən baxmağı bacaran adamlar seçilsin. “Mən əminəm ki, Rusiya ilə kompromis əldə etmək və “Şimal axını-2”-ni dayandırmaq mümkündür”. 
Rusiya hakimiyyətinin mövqeyi isə belədir ki, “Şimal axını-2” layihəsi dayandırılmamalıdır. Növbəti qaz kəmərinin qarşısında qoyulan maneələri energetika naziri Aleksandr Novak absurd hesab edir. Hazırda bu qaz kəmərinin reallaşmasına təsir edə biləcək yeganə ölkə Danimarkadır. Bu ölkənin hökuməti kəmərin krallığa hər hansı təhlükə törətməsi ilə bağlı hələ qərar verməyib. 
Bundan əlavə, ABŞ da layihənin reallaşmasına mane olur və ona qarşı sanksiyalar tətbiq edəcəyini bildirir. Ağ evin başçısı Donald Tramp Rusiyanın bu layihəsinin həyata keçəcəyi təqdirdə onun inşasında iştirak edəcək Rusiya və Avropa şirkətlərini məhdudiyyətlərlə hədələyib. 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında