Dövlət Departamenti PKK-ya qarşı mübarizəni gücləndirməyə çağırıb

ABŞ hökuməti terrorla mücadilədə müttəfiqlərini dəstəkləyəcəyini vəd edib
ABŞ Dövlət Departamentinin rəsmisi Natan Seyls deyib ki, Birləşmiş Ştatlar hökuməti İŞİD, “əl-Qaidə”, İranyönlü terror qruplaşmaları və PKK-ya qarşı mübarizədə öz müttəfiqlərini bundan sonra da dəstəkləmək əzmindədir. ABŞ hökumətinin yetkilisi bu fikri Vaşinqtondakı Marşal-Almaniya Fondunda çıxışı zamanı səsləndirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
 
N.Seyls bildirib ki, Vaşinqton öz müttəfiqlərini təkcə İŞİD və “əl-Qaidə” yaraqlılarına qarşı deyil, eləcə də İranyönlü terror qruplaşmalarına və PKK-ya qarşı sərt mövqe tutmağa çağırır. Dövlət Departamentinin nümayəndəsi sonra qeyd edib ki, PKK qruplaşması ABŞ hökuməti tərəfindən terror təşkilatları siyahısına hələ ­1997-ci ildə daxil edilib. Onun sözlərinə görə, PKK-ya münasibətdə ABŞ-ın mövqeyi bəllidir: “Biz PKK-nı terror təşkilatı elan etmişik. PKK “Hizbullah” və HƏMAS-la birlikdə terror təşkilatları siyahısına salınıb. PKK-ya məhz bu meyarlardan yanaşırıq”. 
N.Seyls məlumat verib ki, ABŞ hökuməti hazırda PKK-nın maliyyələşdirilməsinə qarşı müvafiq addımlar atmayan ölkələrlə danışıqlar aparır. Məqsəd bu mövqeyin dəyişdirilməsidir. N.Seyls deyib: “Sirr deyil ki, dünyanın bir sıra regionlarında PKK üçün vəsait toplanır. ABŞ bunun əleyhinə mübarizə aparır. Biz öz müttəfiqlərimizi analoji addımlar atmağa səsləyirik”. 
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında