Ən təhlükəli mobil əlavələr

“Appthority” şirkəti tez-tez “qara siyahı”ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. Mobil cihazların qorunması üzrə qlobal lider olan şirkət araşdırmanı “İOS” və “Android” qurğuları üçün ayrı-ayrılıqda tərtib edib. 
 
Şirkətin təqdim etdiyi məlumatda qeyd edilir ki, ­“WhatsApp”, “Facebook Messenger” və “Waze” messencerləri “iOS” qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri tutub. “Android” əlavələri reytinqində “WhatsApp”, “Facebook Messenger” və “Telegram” servisi liderdir. İkinci rübdə “Waze” və “Telegram” bu reytinqə yeni daxil olub.
Əlavələr şirkətlərin “qara siyahı”sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.
İkinci rübdə “qara siyahı”ya daha çox düşən mobil proqramlar reytinqində “Facebook Messenger” və “WhatsApp”ın “Android” və “iOS” versiyaları, eləcə də “Android” üçün “Wickr Me” və “iOS” üçün “Tinder” yer alıb.
Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb. 
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında