ABŞ-da güclü tornado

ABŞ-ın Ayova ştatında güclü tornado baş verib. Təbii fəlakət dağıntılara, insanların xəsarət almasına səbəb olub.
 
Yerli “De Moines Register” nəşrinin yazdığına görə, tornado nəticəsində Pella şəhərindəki  müəssisəyə ciddi ziyan dəyib, işçilər xəsarət alıblar. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Təbii fəlakət nəticəsində Marşalltaun şəhərində yaşayış evi dağılıb. Sakinlər təcili evakuasiya ediliblər. Bundan əlavə, şəhər xəstəxayalarının birinə də ciddi ziyan dəyib. Həkimlər və xəstələr başqa tibb müəssisəsinə köçürülüblər.  Şəhər məhkəməsinin köhnə  binasının üstü də dağılıb.
Bundurant şəhərində isə qaz sızması baş verdiyindən şəhərə heç kəs buraxılmır və elektrik enerjisinin verilişi dayandırılıb.
Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında