UTECA BMT-nin dəstəklədiyi layihənin yeni mərhələsinə başlayır

Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun layihə koordinatoru Marina Frontasyeva ilə Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanovun görüşü olub. Görüşdə UTECA-nın  Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə elmi tədqiqat işlərinin yeni mərhələsinə hazırlıq məsələləri müzakirə edilib. Söhbət zamanı tərəflər arasında əlaqələrin 2015-ci ildən başlandığı, bu müddət ərzində əhəmiyyətli nəticələr əldə edildiyi bildirilib. Ötən üç il ərzində Göygöl və Daşkəsən rayonlarından nümunələr toplanaraq Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndərilib. İnstitutda göndərilən nümunələrin analizləri aparılıb, sənayenin ətraf mühitə təsiri, atmosferdə ağır metalların miqdarı müəyyən edilib. Qeyd olunub ki, Göygöldə nəticələr qəbul edilmiş normalara yaxın olub, Daşkəsən rayonunda isə havada ağır metallar müəyyən edilib ki, bu da həmin rayonda sənaye müəssisələrinin mövcud olması ilə bağlıdır.
Akif Süleymanov hazırda Gəncədə sənaye müəssisələrinin müasir ekoloji tələblərə cavab verdiyini, lakin buna bir daha əmin olmaq üçün atmosfer havasının vəziyyətinin müəyyən edilməsinin vacib olduğunu bildirib. Danışıqlar zamanı BMT-nin dəstəyilə həyata keçirilən layihənin Gəncə və Mingəçevirdə də reallaşdırılmasına dair razılıq əldə edilib. Bunun üçün UTECA-nın tələbə, magistr, elmi işçi, professor-müəllim heyətindən ibarət geniş işçi qrup yaradılacaq. Şəhərdə, xüsusilə də istehsal müəssisələri ətrafında mövcud ekoloji vəziyyət qiymətləndiriləcək. Götürülən nümunələr Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndəriləcək. Atmosfer havasında ağır metallar bioindikatorlar vasitəsilə təyin ediləcək. Sonda UTECA Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə atmosfer havasının vəziyyətinə dair xəritə hazırlayacaq. 
 
Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”
 
 
 
 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında