Bəşər tarixinin ən zəngin insanı

ABŞ-ın "Amazon" və "Blue Origin" şirkətlərinin sahibi Ceff Bezos "Bloomberg"in versiyasına əsasən tarixin ən zəngin insanı olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 16 iyul 2018-ci il səhər saatlarında iş adamının sərvəti 150 milyard dollara çatıb. Bununla da, o, "Microsoft" korporasiyasının yaradıcısı Bill Geytsin rekordunu təzələyib və ötüb. 1999-cu ildə B. Geytsin sərvətinin miqdarı 100 milyard dollar (indiki məzənnə ilə 149 milyard) olmuşdu.

Beləliklə, "Amazon"un rəhbəri bəşər tarixinin - ən azı "Forbes"un ilk dəfə ən zəngin adamların reytinqini tərtib etdiyi 1982-ci ildən bəri - ən varlı insanı adını qazanıb.

Qeyd edək ki, C. Bezos ilk dəfə bir il əvvəl - 2017-ci ilin iyulunda dünya zənginlərinin siyahısında birinciliyə yüksəlib. "Forbes" həmin vaxt onun sərvətini 90,6 milyard dollar həcmində qiymətləndirib. 

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında