Paşiniyan Rusiya ordusunun hərəkətini pislədi

Ermənistanın baş naziri Nikol Paşiniyan iki gün əvvəl Şirak vilayətinin Panik kəndində baş vermiş insidentin qeyri-məqbul olduğunu bəyan edib.

Strateq. az Azadlıq Radiosuna istinadən xəbər verir ki, baş nazir iyulun 19-da keçirilmiş hökumət müşavirəsi zamanı deyib: “Mən bunu Ermənistan və Rusiya arasındakı dost münasibətlərə və Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm”.

O bildirib ki, bu insident üçün cavabdeh olanlar aşkarlanmalı və məsuliyyətə cəlb edilməlidirlər.

Paşiniyan bundan sonra təfərrüatlara varıb: “Əlbəttə başa düşmək lazımdır ki, bu insidentlə bağlı təhqiqat hansı prosedurlar üzrə aparılmalıdır, çünki müqavilələrin Ermənistanın daxili qanunvericiliyi ilə münasibəti aydınlaşdırılmalıdır. Bütün hallarda mən bilirəm ki, polis bu barədə materialları hazırlayır…”

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanesyan jurnalistlərlə söhbəti zamanı deyib ki, Rusiya tərəfi belə insidentlərin bir daha olmayacağına dair vəd verib.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında