Mingəçevir: Qazanılmış nailiyyətlər ilin uğurla başa çatacağından xəbər verir

2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər toplantısında səsləndirilən hesabat məruzəsi çoxsaylı faktlar və rəqəmlərlə, eləcə də maraqlı təklif və təşəbbüslərlə zəngin idi. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd etdi ki, ölkə iqtisadiyyatında əldə olunmuş yüksək nailiyyətlər Mingəçevirin inkişafına da öz müsbət təsirini göstərir. Təhlil göstərir ki, 6 ayın yekunu üzrə şəhər iqtisadiyyatında bütün əsas istiqamətlərdə müsbət göstəricilərə nail olunub. 
 
Qeyd edildi ki, 2018-ci ilin 6 ayında şəhərin sənaye müəssisələrində 140,4 milyon manatlıq məhsul istehsal olunub. Tikinti-quraşdırma işlərinə 17,1 milyon manat vəsait xərclənib, əsas kapitala 18,8 milyon manat vəsait yönəldilib. İstehlak bazarında 176,5 milyon manatlıq mal satılıb və xidmətlər göstərilib.
Regionların inkişafına göstərilən dövlət qayğısı şəhərdə aparılan abadlıq və quruculuq işlərində uğurlu nəticələr verir. Hesabat dövründə şəhərin küçə və səkilərinə, o cümlədən 76, 86-cı məhəllələrə və 4 nömrəli MİS-in ərazisində 55,3 min kvadratmetr əraziyə yeni asfalt örtük salınıb. 8587 metr səki daşı düzülüb, 3 min 562 kvadratmetr sahəyə dekorativ beton tamet döşənib. 60, 61, 76 və 86 nömrəli məhəllələrdə 91 yeni işıqlanma sistemi quraşdırılıb. Büdcə hesabına 4 yaşayış binasında 4866 kvadratmetr, ölkə rəhbərinin ayırdığı 3 milyon manat vəsait hesabına isə 62 hündürmərtəbəli yaşayış binasında 52 min 372 kvadratmetr sahəyə metal kirəmit örtük vurulub. Ümumilikdə 66 hündürmərtəbəli binanın dam örtüyü əsaslı təmir olunub. Hazırda 8 binanın fasad hissəsində aparılan təmir işləri, məhəllədaxili ərazilərdə işıqlandırma sisteminin bərpası və asfalt örtüyünün salınması işləri davam edir.
İlin geridə qalan aylarında şəhərin sənaye müəssisələrindən “SES Silsiləsi” və “Mingəçevir Tekstil” MMC-lər, “Azneftemaş”, “Mingəçevir İzolit”, “Akkord Maşınqayırma Zavodu” ASC-lər mövcud imkanları daxilində fəaliyyətlərini təmin ediblər.
Əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə qaz istismar xidməti tərəfindən müxtəlif diametrli, ümumilikdə, 999 metr qaz xətti çəkilib, 45 monometr, 150 qaz sayğacı yenisi ilə əvəz edilib. 
Yaşıllaşdırma və sanitar təmizlik idarəsi tərəfindən yarım il ərzində 2 min 920 müxtəlif növ ağac tingləri, 630 lüqustr kolu, 1130 gül, 506 mövsümi çiçək əkilib. Heydər Əliyev prospektinə, Xaldan şossesinə 2 min 799 metr suvarma xətləri çəkilib.
Hesabat dövründə 568 kilometr uzunluğunda işıqlanma sisteminə və 8 min 68 işıq nöqtəsinə xidmət edilməklə yanaşı, 7 min 390 metr kabel dəyişdirilib və sistemin işini təmin edən, sıradan çıxmış digər detallar yenisi ilə əvəz edilib. 
İstilik sistemlərinin istismar sahəsi tərəfindən 6 qazanxana vasitəsilə təhsil, səhiyyə və digər sosial obyektlərə və yaşayış binalarına qrafikə uyğun istilik enerjisi verilib, o cümlədən məcburi köçkün şəhərciyində 1098 mənzilin və digər sosial obyektlərin istiliklə və isti su ilə təchizatı təmin edilib.
 Altı ay ərzində su şəbəkəsində baş vermiş 1740 qəza su kanal idarəsi tərəfindən aradan qaldırılaraq müxtəlif diametrli 162 metr su xətti çəkilib və 2 ədəd siyirtmə dəyişdirilib, 22 siyirtmə təmir olunub. Hesabat dövrü ərzində idarənin abonent bazasına əhali qrupu üzrə 591 yeni abonent daxil edilib, abonentlərin sayğaclaşma səviyyəsi 71 faizə çatdırılıb. 
Şəhər icra hakimiyyətinin başçısı 
Niyazi Bayramov iclasın işinə yekun vuraraq dedi: – Biz bu gün 2018-ci ilin 6 ayı ərzində şəhərimizdə görülən işlər, qarşıda duran vəzifələr barədə müzakirələr apardıq. Həm hesabatda, həm də müzakirələrdə görülən işlərlə yanaşı, problemlər, və nöqsanlar qeyd edildi. Əlaqədar təşkilat rəhbərlərinin nəzərinə çatdırmaq istəyirəm ki, bu nöqsanlar və problemlər təcili şəkildə aradan qaldırılmalıdır.
Natiq qeyd etdi ki, Nazirlər Kabinetinin sonuncu iclasındakı yekun nitqində növbəti dövr üçün prioritetlərin dəyişməz qaldığını vurğulayan ölkəmizin başçısı Azərbaycan iqtisadiyyatının uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərməsi üçün aparılan islahatların daha da dərinləşməli olduğunu, iqtisadi və maliyyə sektorunda maksimum şəffaflığın təmin edilməsinin vacibliyini bildirdi.
Əlavə edildi ki, dövlət başçısının çıxışında göstərilən bütün məqamlar bugünkü Mingəçevir həqiqətlərində öz əksini tapır. Belə ki, yeni iş yerlərinin açılması, sahibkarlığın və turizm sektorunun inkişafı, sosial təminat sahəsində ciddi islahatların aparılması, özünüməşğulluq proqramının əhatəsinin genişləndirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, qanunsuz tikililərə son qoymaq üçün bu sahədə ciddi tədbirlərin görülməsi, strateji yol xəritələrinin icrasından irəli gələn vəzifələrin sürətləndirilməsi, investisiyaların cəlb edilməsi və s. mühüm istiqamətlər şəhər icra hakimiyyətinin daim diqqət mərkəzindədir. 
Natiq ilin birinci yarısının təhlilinə istinadən qeyd etdi ki, şəhərdə iqtisadiyyatın dirçəldilməsi, abadlıq və quruculuq işlərinin genişləndirilməsi, kommunal sahələrdə yaranan problemlərin ardıcıl şəkildə həlli və digər sahələrdə işlər uğurla aparılır. 
Şəhər rəhbəri sonda qətiyyətlə söylədi ki, bugünkü müzakirə ilin ikinci yarısında da uğurla fəaliyyət göstərməyimizə imkan yaradacaqdır: “Biz dövlət başçısının qarşımıza qoyduğu bütün vəzifələri daim böyük məsuliyyətlə yerinə yetirmişik və əmin edirəm ki, bundan sonra da mingəçevirlilər dövlət siyasətimizin icrasına özünəməxsus töhfələr verəcəklər!”
İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin
bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında