İtaliya Avropa İttifaqına miqrasiya ilə bağlı təkliflər verib

İtaliyanın baş naziri Cüzeppe Konte Avropada miqrasiya problemini həll etmək üçün Avropa İttifaqının nəzdində böhran komitəsi yaratmağı təklif edib. Bu barədə o, Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının sədrləri Jan Klod Yunker və Donald Tuska yazdığı və ölkə mətbuatında dərc etdirdiyi məktubda məlumat verib. İnformasiyanı TASS yayıb. 
 
Kontenin fikrincə, Avropa Komissiyasının himayəsi altında fəaliyyət göstərəcək işçi qrup Cənubi Avropa ölkələrindən gəlmiş miqrantların bölüşdürülməsi məsələsində Avropa İttifaqı dövlətlərinin hökumətləri arasında vasitəçi rolunu öz üzərinə götürə bilər. “Bununla da miqrantların bölüşdürülməsi vəzifəsi müttəfiq ölkələrin hökumət başçıları ilə telefon danışıqları zamanı deyil, Avropa Komissiyasının yanında fəaliyyət göstərən və hökumətlər arasında vasitəçi funksiyasını yerinə yetirən xüsusi orqan tərəfindən həll ediləcək”, - deyə məktubda bildirilir. 
Konte vəd edib ki, hətta üçüncü ölkələrlə razılaşma əsasında miqrasiya axınlarını nizamlamaq üçün sadəcə qəbul məntəqələri deyil, sığınacaq verilməsi məsələsinin baxıldığı müdafiə mərkəzləri yaradılacaq. Bu zaman avropalılar da humanitar dəhlizlər yarada və qaçqınların təhlükəsiz şəkildə daşınması ilə məşğul ola biləcəklər. “Biz qeyri-leqalların daşınması ilə bağlı biznesə yalnız bu halda qalib gələ bilərik”. 
Qeyd edək ki, rəsmi Roma artıq özünün limanlarında Aralıq dənizində xilas edilmiş miqrantların qeyri-hökumət təşkilatlarının gəmilərinin qəbulunu qadağan edib. Artıq bir neçə belə gəmi İspaniya, Malta və digər ölkələrə göndərilib. Hazırda İtaliya hökuməti çalışır ki, Aralıq dənizində fəaliyyət göstərən Avropa missiyalarının xilas etdiyi miqrantlar təkcə Apenninə gətirilməsin. Ona görə də sonuncu dəfə xilas edilmiş və Siciliyaya gətirilmiş qaçqınlar müxtəlif ölkələrə – Fransaya, İspaniyaya, Portuqaliyaya və Almaniyaya göndərilib. 
Avropa İttifaqının iyunun sonunda qəbul etdiyi qərara görə, bu cür bölüşdürmə könüllülük əsasında baş verir. Amma bir sıra ölkələr, xüsusən Çexiya, Polşa, Sloveniya, Macarıstan bu praktika ilə razılaşmır. Konte deyib ki, Roma onlarla iş aparır. “Çalışırıq ki, onları inandıraq”. 
Dünən Avropa Komissiyası Macarıstanın miqrasiya ilə bağlı qəbul etdiyi qanunlara görə bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi qərara alıb. 
 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında