Fateh Dönməz: Türkiyə enerji siyasəti üzrə üç prioritetini müəyyən edib

Enerji naziri yeni hökumətin planlarını şərh edib
“Türkiyənin yaxın gələcəkdə enerji siyasətinin prioritetləri bunlardır: ölkədə maliyyə və siyasi sabitliyi gücləndirmək, sahibkarlığı daha da inkişaf etdirmək”. Bu sözləri “Anadolu” agentliyinə müsahibəsi zamanı enerji və təbii resurslar naziri Fateh Dönməz bildirib.
 
Bununla bərabər, ­nazir qeyd edib ki, şəraitdən və qlobal reallıqlardan asılı olaraq, prioritetlərin sayı arta bilər. F.Dönməz həmçinin bildirib ki, Türkiyənin yeni idarəetmə üsuluna keçməsi ilə əlaqədər bir sıra nazirliklərdə, o cümlədən Enerji və Təbii Resurslar Nazirliyində struktur islahatları başlayıb. Bu qurumlarda hazırda bir sıra paralel şöbə və idarələr ləğv edilir, yaxud birləşdirilir. Türkiyəli nazir konkret misal çəkib. Məsələn, nazirliyin nəzdindəki bərpaolunan enerji mənbələri şöbəsi enerji problemləri şöbəsi ilə birləşdirilib. Nazir vurğulayıb ki, faydalı qazıntılar və karbohidrogenlər sahəsində fəaliyyət göstərən şirkətlər hökumətdən güzəştli şərtlərlə kredit ala biləcəklər. Yeri gəlmişkən, adları çəkilən sahələr bundan sonra dağ-mədən və neft sənayesi şöbəsində birləşəcəklər.
Dönməz sonda bildirib ki, yeni hökumətin enerji sahəsində əsas vəzifələrindən biri də uğurlu investisiya siyasəti aparmaqdır: “Bizim üçün olduqca vacibdir ki, yerli və xarici sərmayədarlar Türkiyə iqtisadiyyatına inansınlar və ölkəmizin sənayesinə vəsait qoysunlar”.
 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında