Macarıstan miqrasiyaya dair qlobal paktı qəbul etmir

Macarıstan Birləşmiş Millətlər Təşkilatının (BMT) miqrasiyaya dair qlobal paktı rəsmi təsdiq olunmazdan əvvəl bu sazişdən çıxacaq. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.
 
Mənbənin məlumatına görə, ölkənin xarici işlər naziri Peter Siyarto həmin sənədin Macarıstanın maraqlarına zidd olduğunu bildirib. Nazirin sözlərinə görə saziş miqrasiyanı insan haqlarından biri kimi nəzərdən keçirir, bu isə rəsmi Budapeşt üçün qəbuledilməzdir. Peter Siyarto deyib ki, Macarıstan Mərakeşdə aparılan məsləhətləşmələrdə iştirak etməyəcək və BMT Baş Assambleyasının sessiyasında sənədin əleyhinə səs verəcək. 
Xatırladaq ki, iyulun 13-də BMT Baş Assambleyası sessiyasının iştirakçıları miqrasiyaya dair qlobal paktın mətnini razılaşdırıblar. Sənədin dekabrda Mərakeşdə imzalanması gözlənilir. Macarıstan hökuməti miqrantlarla bağlı sərt siyasət yürüdür və Avropa İttifaqının kvotaları üzrə miqrantları qəbul etməkdən imtina edir. 
 
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında