ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransa hazırlıq gedir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı sentyabr ayında ADNSU-da keçirilməsi nəzərdə tutulan “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın işçi qrupu ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, sədr müavini Cəlal Nağıyev, ADNSU-nun Elm və texnika üzrə (elmi işlər üzrə) prorektoru, dosent Rauf Əliyarov, universitetin Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov, dekan müavini Orxan Kərimzadə iştirak ediblər.

Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov müasir energetika sahəsindəki yeniliklər barədə danışaraq senytabr ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. ADNSU-nun energetika sahəsində Azərbaycana dəyərli mütəxəssislər qazandırdığını qeyd edən akademik Adil Qəribov konfransın təşkilində göstərdiyi dəstəyə görə ADNSU-ya təşəkkürünü bildirib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq müasir dünyada bu problemin daim aktual olduğunu diqqətə çatdırıb. Konfransın bu sahədə yeniliklərin və təcrübənin paylaşılması baxımından mühüm önəm daşıdığını qeyd edən rektor M.Babanlı ADNSU-da energetika fakültəsi çərçivəsində görülən işlər və qarşıdakı planlar barədə qonaqlara məlumat verib.

Görüşdə konfransın proqramı, dəvət olunacaq qonaqların siyahısı və müzakirə olunacaq mövzular haqqında fikir mübadiləsi aparılıb.

Afət Sadıqoğlu,
“Xalq qəzeti” 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında