ADNSU-nun Çin, Hindistan, Banqladeş və Filippin universitetləri ilə əlaqələri genişlənir

İndoneziyada Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) “Rəqəmsal dövrdə ali təhsil müəssisələrində davamlılığın inkişafı” adlı beynəlxalq konfransında iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı səfər çərçivəsində nüfuzlu üç ali məktəbin - Hindistan Texnologiyalar və Elm İnstitutu, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Batanqas Filippin Universitetinin rektorları ilə görüşüb. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi və  mübadilə prosesi barədə söhbət aparılıb. Daha sonra tərəflər arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.Bundan əlavə hər il təhsilini davam etdirmək üçün xarici universitetlərə yüzlərlə tələbələrini göndərən Sian Beynəlxalq Universitetinin (Çin Xalq Respublikası) prorektoru Şon Li ilə görüşü zamanı rektor M.Babanlı ikili diplomların verilməsi haqqında konstruktiv danışıqlar da aparıb.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında