Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında artım qeydə alınıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 75 nəfərdir.

V.Hüseynov bildirib ki, bu ilin iyulun 1-nə olan məlumata görə, ölkəmizdə 32648 nəfər müvəqqəti, 11288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var.

Onun sözlərinə görə, hesabat dövründə DMX-ya vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13341 müraciət daxil olub.

DXM rəisi qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir.

Həmçinin Xidmət rəisi qanunsuz əmək fəaliyyəti sahəsinə də nəzarətin gücləndiriləcəyini deyib.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında