Təşkilatın idarə heyətinin yeni tərkibi və sədri seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyası Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP-ın sivil siyasi sistem əsasında müstəqil dövlətimizin qurulması və möhkəmlənməsi, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasında tarixi xidmətlərini qeyd edib. O, diqqətə çatdırıb ki, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni nailiyyətlər əldə etməsinə öz dəyərli tarixi töhfələrini verir.

S.Babayev nazirliyin kollektivinin Prezident cənab İlham Əliyevin əmək və sosial müdafiə sahəsində siyasətinin, bu sahə ilə bağlı islahatlar proqramının uğurlu icrası üçün səylərini daim artırdığını vurğulayıb. YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın yaranması tarixindən bəhs edib. O, bu siyasi təşkilatın ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursuna uyğun şəkildə dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində xidmətlərini diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb. İclasda YAP Yasamal rayonu, S.Əsgərova 85 üzrə ərazi ilk partiya təşkilatının İdarə Heyətinin 9 nəfərdən ibarət yeni tərkibi seçilib. İdarə Heyəti üzvlərı sırasından nazirliyin Aparat rəhbəri v.i.e. Anar Əliyev YAP Yasamal rayonu, S.Əsgərova 85 üzrə ərazi ilk partiya təşkilatının sədri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri v.i.e. Fazil Talıbov isə sədrin müavini seçilib.

İdarə Heyətinin yeni seçilmiş sədri Anar Əliyev göstərilən etimada görə təşəkkür edib, bu etimadı doğrultmaq, ərazi ilk partiya təşkilatının partiyanın siyasi xəttinə uyğun məqsədyönlü fəaliyyətinin təşkili üçün səylərini daim artıracağını vurğulayıb.

Sonra YAP sıralarına yeni qəbul olunmuş nazirliyin 42 nəfər əməkdaşına üzvlük vəsiqələri təqdim edilib.

T.Əhmədov daha 75 nəfər əməkdaşın ərizə verdiyini və müraciətləri nəzərə alınmaqla YAP sıralarına qəbul olunduqlarını bildirib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında